Accessibility links

Sanksiyaların aradan qaldırılması ilə ticarət artmasa İran iqtisadiyyatı ziyana uğraya bilər [Video]


Sanksiyaların aradan qaldırılması ilə ticarət artmasa İran iqtisadiyyatı ziyana uğraya bilər
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Sanksiyaların aradan qaldırılması ilə ticarət artmasa İran iqtisadiyyatı ziyana uğraya bilər

İranın yüksək səviyyəli rəsmisi xəbərdarlıq edib ki, əgər İran Qərblə əldə olunan razılıqdan sonra artan ticarətdən xeyir əldə etməsə, bunun nəticələri ölkə üçün ağır olacaq.

Razılıqdan sonra iqtisadi əlaqələr baxımından İranın qarşısında çox sayda yol açılacaq. Amma əgər bu baş verməsə və konkret nəticələr əldə olunmasa, zərərin miqyası çox böyük olacaq.

Britaniyanın baş naziri ilə görüşdən sonra Londonda yerləşən Birləşmiş Krallıq Müdafiə və Təhülkəsizlik Xidmətləri İnstitutunda (RUSI) çıxış edən İran prezidentinin baş qərargahlar rəisi Məhəmməd Nahavandiyan ziyarətinin məqsədi ilə bağlı açıq danışıb.

“Razılıqdan sonra iqtisadi əlaqələr baxımından İranın qarşısında çox sayda yol açılacaq. Amma əgər bu baş verməsə və konkret nəticələr əldə olunmasa, zərərin miqyası çox böyük olacaq.”

Birləşmiş Ştatlar Tehrana qarşı nüvə proqramı ilə əlaqəsi olmayan sanskiyaları davam etdirir. Bu yeni sanksiyalar İranın ötən il keçirdiyi ballistik raket sınaqlarından sonra tətbiq olunub.

Lakin baş qərargahlar rəisi Nahavandian deyib ki, birtərəfli sanskiyaların tətbiq olunması ilə bağlı narahatlıq Birləşmiş Ştatlardan kənarda olan bankların İrana açılmasının qarşısını alır.

Iran prezidenti Həsən Ruhani
Iran prezidenti Həsən Ruhani

“Amerikaya məxsus olmayan bankların İran bankları ilə əməliyyatlar aparma imkanları məhdudlaşdırılmamalıdır.”

Ötən ay keçirilən parlament seçkiləri prezident Həsən Ruhaniyə Qərblə yaxınlaşmaq üçün daha geniş səlahiyyətlər verib. Onun baş qərargahlar rəisi ölkədə fərqli fikirlərə tolerantlıq göstərildiyini deyir.

“İranda biz hər cür tənqidi qəbul edirirk. Buna görə də indi ifadə azadlığı hökümətə qarşı istifadə olunur.”

Tənqidçilər deyir ki, İranda hələ də insan haqları pozuntuları davam edir, yüzlərlə dissident həbsdədir, əsas müxalifət liderləri isə ev dustağıdır.”

Birləşmiş Krallığın Müdafiə və Təhülkəsizlik Xidmətəri İnstitutunun nümayəndəsi Malkolm Çalmers İranda islahatların son dərəcə ləng həyata keçirildiyini deyir.

İranda biz hər cür tənqidi qəbul edirirk. Buna görə də indi ifadə azadlığı hökümətə qarşı istifadə olunur
Məhəmməd Nahavandian

“Orada əsasən də gənclər arasında, ali rəhbərin fikirlərindən daha müasir xalqın fikirlərini əks etdirən ekspertlər şurası, bir parlamentin yaranmasına çağıran bir xalq hərəkatı var. Xalq arasında bu fikirlərə rəğbəti olanlar da, insanları daha ehtiyatlı olmağa çağıranlar da var.”

Nahavandiyan öz çıxışında Suriyada münaqişəyə də toxunub. O, Tehranın Cenverədə baş tutan Suriya sülh danışıqlarını dəstəklədiyini deyib.

“Amma əlbəttə ki, yenə də, şiə yarı-hərbi dəstələri, ya da Hizbullahın rolu və ya İran İnqilab keşikçiləri Ordusunun Suriyadakı fəaliyyətindən söhbət getmir.”

Nahavandianın çıxışı təkcə Tehranın nöqteyi-nəzərini əks etdirsə də, müşahidəçilər bunu İranın Qərblə əlaqələrini fərqli şəkildə formalaşdırmaq səyləri kimi qyimətləndirir.

XS
SM
MD
LG