Accessibility links

Nüvə razılığı ilə bağlı məhdud məlumat İranla ticarətə mane olur


A money changer counts out U.S. dollars for a customer in Tehran's business district, Iran, Jan. 20, 2016.

A money changer counts out U.S. dollars for a customer in Tehran's business district, Iran, Jan. 20, 2016.

Birləşmiş Ştatlarla üç əsas Avropa müttəfiqi – Britaniya, Fransa və Almaniya nüvə razılığından sonra İranla aparılmasına icazə verilən sərmayə və biznes işləri ilə bağlı hər bir qarışıqlığı aradan qaldırılmaq istəyir.

ABŞ Dövlət Departamenti firmaları yanlış və ya məhdud məlumat səbəbilə imkanları itirməkdənsə birbaşa hökümət orqanlarına müraciət etməyə çağırır.

ABŞ və Avropa İttifaqı yanvar ayında Tehranın nüvə proqramını məhdudlaşdırmağa razılıq verməsindən sonra İrana qarşı əksər sanksiyaları aradan qaldırıb.

Amma bəzi bizneslər hələ də nəyə icazə verildiyini və ya verilmədiyini dəqiq bilmədikləri üçün İranla ticari əlaqələr yaratmırlar.

Prezident Barak Obama isə deyib ki, İran üzərində İsrailin məhvinə çağıran şüarlar yazılan raketlər sınaqdan keçirdiyində bizneslər narahat olur.

XS
SM
MD
LG