Accessibility links

İran prezidenti yeni peyk qurğusunu orbitə buraxmağı planlaşdırır


İran prezidenti yeni peyk qurğusunu orbitə buraxmağı planlaşdırır

İran prezidenti yeni peyk qurğusunu orbitə buraxmağı planlaşdırır

Cənab Əhmədinejadın izahatları dörd yeni peykə həsr olunmuş açıq mərasimdə edilib

İran prezidenti Mahmud Əhmədinejad qarşıdan gələn illərdə hökumətin ölkə daxilində inşa edilmiş bir neçə yeni peyk qurğusunu orbitə buraxmağı planlaşdırdığını elan edib.

Cənab Əhmədinejadın izahatları bu gün Tehranda Fəjr, Rəsəd, Zəfər və Əmir Kabir-1 adlı dörd yeni peykə həsr olunmuş açıq mərasimdə edilib.

Mərasim İran İslam İnqilabının 32 ildönümü keçirilən həftə ilə eyni vaxta təsadüf edib. İran hökuməti ildönümünü texnologiya sahəsində irəliləyişləri nümayiş etdirmək üçün presedent var.

Ötən fevral ayı İran üç ölkə-daxilində inşa edilmiş peyk qurğusunu açıb. Ondan bir il əvvəl isə İran ilk tədqiqt peyki adlandırdığı qurğusunu orbitə göndərib.

XS
SM
MD
LG