Accessibility links

İran parlamenti və Ekspertlər Şurasına seçkilər İranla nüvə razılığı əldə edilməsindən sonra keçirilən ilk seçkilər olub.

Seçkilərin nəticələri artıq elan edilir.

Seçkilər ali ruhani lider Ayətulla Əli Xameneyinin qələbəsidir

Daxili işlər naziri Əbdel Reza Rəhmani Fəzlinin bildirdiyinə görə, ölkə boyu iranlıların 62, Tehranda isə 50 faizi səsvermədə iştirak edib. Nazir seçkilərin yekun nəticələrinin elan edilməsinin bir neçə gün vaxt aparacağını bildirib.

İranın sabiq prezidenti Əbulhəsən Bəni Sədr Amerikanın Səsinə müsahibəsi zamanı deyib ki, mötədillərin daha çox yer əldə etdiyi deyilsə də, seçkilər ali ruhani lider Ayətulla Əli Xameneyinin qələbəsidir.

Bəni Sədr mötədillərin parlamentdəki durumlarının bir qədər düzəlməsinə baxmayaraq, onların qərar qəbul etmək iqtidarında olmadığını bildirib. Belə ki, rejim parlamentin idarəçilikdə iştirakına məhdudiyyətlər tətbiq edir.

İranın sabiq diplomatı Mehrdad Xonsari isə seçkilərin nəticələrinin əhaliyə məmnuniyyət hissi bəxş etdiyini deyib.

"Əhali düşünür ki, səsvermə onlara sərtxətt tərəfdarlarından narazılıqlarını bildirmək imkanı yaradıb. Lakin onlar mövcud siyasətin heç bir dəyişikliyə yol açmayacağından da xəbərdardır."

Təhlilçi Aleks Vatanka deyib ki, iranlıların əksəriyyəti seçkilərdə iştirak etməməyin ağılsızlıq olacağına inandırıldığına görə iştirak edib.

Sadə mesajlar insanları səsverməyə təşviq edib

“Entuziazm gözləniləndən daha yüksək olub. Sabiq prezident Məhəmməd Xatəminin “Seçkilərin azad və ədalətli olduğunu düşünmürük. Lakin mötədillərə səs verməklə, sistemi sərtxətt tərəfdarlarınının çəngindən qurtarmaq mümükündür” kimi sadə mesajları insanları səsverməyə təşviq edib."

Bəni Sədr Ayətulla Xameneyinin “sərtxətt tərəfdarları” kəslməsini “islahatçılar”a dəyişməsini məharət adlandırır.

Bir zamanlar “sərtxətt tərəfdarları” indi “islahatçılar” adlandırılır.

XS
SM
MD
LG