Accessibility links


İranda prezident seçkilərində səsvermə məntəqələri bağlanıb. Rəsmilərin iddia etdiyinə görə, seçici fəallığı yüksək olduğu üçün səsvermə müddəti uzaldılıb. Dövlətə məxsus xəbər agentlikləri səslərin hesablanmasının başlandığı haqda məlumat verib. Səsvermənin nəticələrinin bir neçə saatdan sonra elan ediləcəyi gözlənilir.

Milyonlarla iranlı prezident Mahmud Əhmədinejadın sələfini seçmək üçün səs verib. Qərb xəbər agentlikləri səsvermə məntəqələrində səs vermək üçün insanların uzun növbələrdə dayandığı haqda məlumat verib.

Dövlət xəbər agentlikləri səsvermə məntəqələrinin növbədə dayananlarının hamısının səs verə bilməsi üçün açıq qalacağını bildirib. İranın seçki rəsmisi Fransa xəbər agentliyinə secirilərin təxminən 70 faizinin səsvermədə iştirak etdiyini deyib.

İran rəsmiləri müşahidəçilərin seçici fəallığının aşağı olacağını təxmin etməsinə baxmayaraq, adətən seçkidə çox sayda seçicinin iştirak etdiyini bəyan edir.

Təhlilçilər builki seçkilərə marağı mötədil ruhani Həsən Ruhaninin iştirakı ilə izah edirlər.
XS
SM
MD
LG