Accessibility links

İran seçkiləri və qadınlar


İyunun 14-ü iranlılar ölkədə prezident seçkilərində səkkiz namizədə səs verəcək. Onların hamısının yaşı 50-dən yuxarıdır və hamısı kişidir. İranın Nəzarət Şurası 30 qadının prezidentiyə namizədliyini irəli sürməsinə baxmayaraq, keçən ay qadınların prezident seçilə bilməməsi haqda qərar çıxarıb.

İranda qadın hüquqları müdafiəçiləri bundan narahat olaraq, ali dini rəhbər Ayətullah Xameneyinin bununla bir mesaj göndərməyə çalışdığını deyirlər.

Hüquqşünas və fəal Mehrangiz Kar: “Onlar fikirləşir ki, İran qadınları evdə oturmalıdır və qadınlar qarşısında bundan da artıq məhdudiyyətlər qoyulsa daha yaxşıdır.”

Lakin bəzi namizədlər qadın məsələlərinə diqqət göstərir.

Prezidentliyə namizəd arasında öncül islahatçı kimi görünən 61 yaşlı univeristet professoru Məhəmməd Reza Arefi qeydiyyatdan keçəndə həyat yoldaşı onunla idi.

Bu dərhal Türkiyədə islam meylli baş nazir Rəcəp Tayyib Ərdoğanın siyasi kampaniyalar zamanı həyat yoldaşı ilə bərabər görünməsi ilə müqayisə edilməyə başladı. İranın sərt xət tərəfdarları isə Arefinin xanımı ilə görünməsini qərbə aid bir hərəkət kimi tənqid etdilər.

Mehrangiz Kar əslində bunun heç bir mənası olmadını deyir: “Bəzən seçki zamanı qadının kişinin yanında dayandığını görmək olar. Bu, daha çox qadın deyil, kişi üçün reklam xarakteri daşıyır.”

Lakin bəzi təhlilçilər qadının seçkinin nəticəsinə müəyyən dərəcədə təsir göstərə bildiyini deyir. Onlar Məhəmməd Xatəminin 1997-ci ildə seçkilərdə qadınlar və azlıqlara müraciətini xatırladır.

2009-cu ildə prezident seçkilərində də dörd əsas namizəd qadın məsələlərindən danışmışdı.

Stimson mərkəzində təhlilçi Ceniv Abdo builki seçkilərin fərqli olduğunu deyir:“Keçən dəfədən fərqli olaraq, bu dəfə insanları ruhlandıra biləcək namizədlər yoxdur.”

Bu yaxınlarda İranda sosial media şəbəkələrində keçmiş prezident Əli Əkbər Həşimi Rəfsəncaninin sonuncu kampaniya tədbiri zamanı görüntüləri yayılmışdı. Videoda bir gənc qadının İranda qadınların vəziyyəti ilə bağlı tənqidlərini söylədiyi zaman cənab Rəfsəncaninin gözlərinin yaşardığı göstərilirdi.

Lakin iranlı seçicilər bu dəfə ona səs verə bilməyəcək. Nəzarət Şurası Rəfsəncaninin namizədliyini qeydiyyatdan keçirməyib.
XS
SM
MD
LG