Accessibility links

İran seçkilərində islahatçılar uğur əldə edir


İranda keçirilmiş partlament seçkilərində belə görünür islahatçı namizədlər böyük üstünlük əldə edir. Bazar günü verilmiş ilkin nəticələr Qərblə yaxınlaşma tərəfdarı olan namizədlərin Tehrana ayrılan bütün 30 yeri tutacağına işarə edir.

Cümə günü keçirilmiş seçkilərin nəticələrinin bazar ertəsi günü elan ediləcəyi gözlənilir.
Əvvəlcə seçkilərə təxminən 3 min islahatçı qatılmaq istəyirdi, lakin Nəzarət Şurası onların 200-nü diskvalifikasiya etmişdi.

Prezident Həsən Ruhani və keçmiş prezidenti Əkbər Haşemi Rəfsəncani Ekspertlər Şurasına seçkilərdə irəlidə gedir. 88 üzvdən ibarət olan Şura İranın xarici siyasət məsələlərində son sözə malik olan Ali dini rəhbər Ayətullah Xamneyinin işini monirotinq edir.

Seçkilərdə İran parlamentində 290 yer, Ekspertlər Şurasında isə 88 yer uğrunda mübarizə gedir.

Səsvermədə iştirak etmək üçün 55 milyon vətəndaş qeydiyyatdan keçirb. İranın əhalisinin sayı 88 milyondur. Yerli media yüksək seçici fəallığının olduğu haqda məlumat verib, lakin hələlik rəsmi rəqəmlər açıqlanmayıb.

Seçkilərə 6 min namizəd qatılıb, bunların 10 faizini qadın namizədlər təşkil edir. Seçkilərə qatılmaq üçün 12 min namizəd müraciət edib, lakin Nəzarət Şurası onların çoxunu hakim partiyaya kifayət qədər loyallıq göstərməkdiləri ya da kifayət qədər güclü əqdiəyə malik olmadıqları kimi səbəblərlə diksvalifikasiya edib.

İran parlamentinin spikeri Əli Laricani Qum şəhərində səsvermə məntəqəsndə
İran parlamentinin spikeri Əli Laricani Qum şəhərində səsvermə məntəqəsndə

Nəzarət Şurası

İranın nüfuzlu Nəzarət Şuraı Ali dini rəhbər tərəfindən təyin edilən 12 din xadimi və İranın ədliyyə sisteminin başçısı tərəfindən təyin olunan 6 hüquqnünasdan ibarətdir. Şura partlament və prezident seçkilərində namizədlərin qediyyat keçməsinə etiraz etmək, seçkiləri monitorinq etmək, seçkinin nəticələri və qanunvericilik aktlarını qəbul, ya da rədd etmək səlahiyyətinə malikdir.

İranın Ali dini rəhbər Ayətullah Xamneyi səsvermə məntəqəsində
İranın Ali dini rəhbər Ayətullah Xamneyi səsvermə məntəqəsində

Ekspertlər Şurası

İranın Ekspertlər Şurası 88 nəfər hüquqşünasdan ibarət heyətdir. Şura ali dini rəhbərin öldüyü təqdirdə öz üzvləri arasında yeni rəhbəri seçmək səlahiyyətinə malikdir. Ekspertlər Şurasının səlahiyyətlərinə eyni zamanda dini rəhbəri vəzifəsindən azad etmək də daxildir.

İran qadınları Tehranda islahatçılara dəstək kampaniyası keçirir
İran qadınları Tehranda islahatçılara dəstək kampaniyası keçirir

İran seçkiləri 300 min nəfər tərəfndən monitorinq edilib. Səsvermə prosesini monitorinq edənlərin üçdə birini qadınlar təşkil edir.

XS
SM
MD
LG