Accessibility links

Sədrəddin Soltan: İran Azərbaycanına yardım edilməməsinin günahkarı Tehran hakimiyyətidir [Audio-Müsahibə]


Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranda baş verən daşqınlardan sonra Azərbaycan hökumətinin yardım etməməsinə izahat gətirib. Ekspertin fikrincə, bunun günahkarı Tehran hakimiyyətinin özüdür.

please wait

No media source currently available

0:00 0:11:05 0:00

“4 il öncə Qaradağ mahalında baş verən zəlzələdən sonra zərərçəkənlərə göndərilən yardımları İran hökuməti müxtəlif bəhanələrlə əngəlləmək istəyirdi. Bütün bu maneələrə baxmayaraq həm dövlət səviyyəsində, həm də ictimai səviyyədə zəlzələdən zərərçəkinlərə yardım edildi. İndi isə İranın rəsmi və informasiya mənbələri bu məlumatı az qala gizlətməyə çalışıb. Halbuki, Həmadan su anbarında suyun səviyyəsi normadan yüksəkdir. Anbar dağılmaq təhlükəsi qarşısındadır. Ölənlərin sayı 50-ni keçib. Təsərrüfatlar dağılıb. Nədənsə Tehran hökuməti bunları gizlətməyə çalışır, heç kimdən yardım istəmir.”

Ölənlərin sayı 50-ni keçib. Təsərrüfatlar dağılıb. Nədənsə Tehran hökuməti bunları gizlətməyə çalışır, heç kimdən yardım istəmir.

İctimaiyyət arasında da yardımlarla bağlı heç bir təşəbbüs olmadığını bildirən Sədrəddin Soltan daha əvvəl yardım təşəbbüslərinin fəallığını önə çəkib.

“AzadlıqRadiosunun Bakı bürosunda hesab açılmışdı. Bu xətt vasitəsi ilə yardımlar ünvanına çatdırıldı. O zaman millət vəkili Qənirə Paşayevanın səfər cəhdi baş tutmadı. Bu kimi hallarda fəallıq nümayiş etdirən Paşayevadan bu dəfə heç bir təşəbbüs görünmür.”

Azərbaycanın kütləvi informasiya vasitələri, İran hökuməti və İranın mediasının Azərbaycan ərazilərindəki bu fəlakətə lazımi qiymət verilmədiyinə dair şikayətlərə gəlincə isə Sədrəttin Soltan deyib ki, bunu İran Azərbaycanından gələn məlumat qıtlığı ilə əlaqələndirmək olar.

“İran tərəfi informasiya yayılmasında şəffaf və obyektiv deyil. Azərbaycanda İran xəbərləri ya Güneydə, ya da xaricdə olan informasiya vasitələrindən alınır. Rəsmi xəbər agentlikləri isə bu tip məsələlərdə obyektivlikdən uzaqdır və təbliğatı zəif aparır. Bu səbəbdən Azərbaycan mediasında İran xəbərləri zəif işıqlandırılır.”

Son zamanlar İran Azərbaycanından gələn İran türklərinin vəziyyətini qənaətbəxs hesab etməyən ekspert onların ictimai sosial durumunun ağır olduğunu deyib.

“90-cı illərlə müqayisədə hazırda İrandan gələnlərin sayı xeyli azalıb. Bəlkə çox az sayda tələbədən başqa. Onlar müvəqqəti şəxsiyyaət vəsiqəsi ilə təmin edilir. Onların iş və yaşayış yeri ilə təminatında heç bir iş görülmür. Ona görə də ölkədə qalanlar BMT vasitəsi ilə üçüncü ölkəyə köcməyə çalışır.”

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG