Accessibility links

İranın xarici işlər nazirinin müavini Bakıda səfərdədir


İranın xarici işlər nazirinin müavini Seyyid Abbas Araqçi
İranın xarici işlər nazirinin müavini Seyyid Abbas Araqçi

Bakıda may ayında keçirilən Eurovision mahnı müsabiqəsi zamanı İran kəşfiyyat orqanlarına bağlı olan çoxsaylı insan həbs edilib.

İranın xarici işlər nazirinin müavini Seyyid Abbas Araqçı Bakıda səfərdədir. O bu gün Bakıya gəlib.
İranın Bakıdakı səfirliyi nazir müavinin səfərini təsdiq etsə də görüşləri barədə hər hansı məlumat almaq mümkün olmayıb.
Müşahidəçilər səfər zamanı avqustun sonlarında Qoşulmama Hərəkatının Tehranda keçiriləcək sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması və ikitərəfli münasibətlərin müzakirə ediləcəyini təxmin edir.
İki dövlət arasında münasibətlər gərgin olaraq qalır. Bakıda may ayında keçirilən Eurovision mahnı müsabiqəsi zamanı İran kəşfiyyat orqanlarına bağlı olan çoxsaylı insan həbs edilib.
“The Telegraph” qəzeti isə dünənki nömrəsində Böyük Britaniya kəşfiyyat orqanlarına istinadən yazıb ki, İranın ali dini lideri Əli Xamneyi Eurovision zamanı Azərbaycanda terror aktları törədilməsi ilə bağlı İnqilab Keşikçiləri Korpusuna şəxsən göstəriş verib.
Seyyid Abbas Araqçının ilk olaraq iyulun 27-də Azərbaycana səfərə gələcəyi bildirilib və sonra səfər təxirə salınmışdı. Səfərin təxirə salınmasına səbəb kimi hər iki ölkənin məsul şəxslərinin görüş proqramının sıxlığı bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG