Accessibility links

İranın Azərbaycandakı yeni səfirinin adı bəlli olub – Möhsün Pakayi. Diplomat əvvəllər İranı Tailand, Özbəkistan, Zambiyada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.


“Musavat.com”un 26 avqust məlumatına görə, səfirliyin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri “SalamNews” agentliyinə deyib ki, Möhsin Pakayi Bakıya yaxın həftə ərzində gəlməyi planlaşdırır. Səfirlik sözçüsü Davud Çərminin səfirin müavini və müvəqqəti işlər vəkili olacağını da vurğulayıb.


İranın əvvəlki səfiri Məhəmmədbağır Bəhraminin missiyası iyulda başa çatıb.

XS
SM
MD
LG