Accessibility links

İran Azərbaycanı şəhərlərinin millət vəkilləri, türk fəallar və sosial media istifadəçiləri dövlət qurumlarından əlavə İran mediyasının da Tufarqan və Əcəbşer kimi şəhərlərdə baş verən sel fəlakətinə münasibətini tənqid edirlər.

Medianın 40-dan çox vətəndaşın daşqınlar səbəbilə ölməsinə laqeyd yanaşması, habelə ölənlər və zərər çəkənləri təqsirləndirmək yönündə dərc edilən qəzet başlıqları sadəcə türk fəallar və yerli jurnalistlər arasında deyil, adi vətəndaşlar arasında da geniş təpki və etiraza səbəb olub.

Tehran Bələdiyyəsinin nəşr etdiyi “Hamshahri” qəzetinin dərc etdiyi “Sel gəldi və izləyənləri apardı” və İran dövləti Qırmızı Aypara Cəmiyyətinə aid “Shahrvand” qəzetinin “İzləmə qurbanları” başlıqlarını sosial media istifadəçiləri “çirkin” və “qeyri-insani” kimi ifadələrlə də dəyərləndirirlər.

Bu qəzetlərdən əlavə bəzi dövlət rəsmiləri də vətəndaşların durub seli izlədikləri üçün həlak olduğunu iddia ediblər.

Yerli qəzetlər bu iddianı rədd edir. Sosial mediada yayımlanan şəkillər və videolarda isə yollarda hərəkət edən avtomobillərin selə tutulduğu göstərir. Yerli jurnalistlərin məlumatına görə, daşqınlar zamanı bəzi kəndlərin tək giriş yolu selə qərq olub və avtomobilləri içinə alması olub.

Media və dövlət rəsmilərinin irəli sürdüyü iddialara millət vəkillərindən də təpki gəlib.

Təbriz Araşdırmaları İnstitutu sel fəlakətindən sonra yayımlanan qəzetlərin birinci səhifələrində dərc edilən başlıqları qarşılaşdırıb. İnstitutunun şərhində qəzetlərin əksəriyyətində fəlakətə laqeyd yanaşıldığına, iki qəzetin dərc etdiyi başlıqda isə “olayın təhrif edildiyinə” diqqət çəkilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG