Accessibility links

Təbriz sözü "Ey Fars Dili" şeirindən çıxarılıb


İran veb səhifələrinin yaydığı məlumata istinadən, Təbriz sözü 6-cı sinif dərsliyində dərc edilən Ey Fars Dili şeirindən çıxarılıb. Bu şeir Təbrizi farsdilli bir şəhər kimi təsvir etdiyi üçün geniş etirazlara səbəb olmuşdu.

“Münaqişələrə yol açan şeir dərsliyin içindən qaldırılıb, kitabın arxa cildində isə Təbriz adı keçən beyt şeirdən çıxarılıb,” deyə Tabnak saytı qeyd edib.

Fars dili və Ədəbiyyatı Akademiyasının sədri və İran Parlamentinin sabiq başqanı Qulaməli Həddad Adilin yazdığı Ey Fars Dili şeiri 6-ci sinif Fars Dili dərsliyinin həm içi, həm arxa cildində dərc edilmişdi.

“Ey Fars dili, ey Dəri dənizinin dürdanəsi, ey ata-babalardan bizə qalan irs, ey ana dilimiz!” beyti ilə başlayan şeirin 3-cü beytində Tehran, Kabil, Xücənd, Nişapur, Bəlx və Təbriz kimi şəhərlər farsdilli bölgələr kimi qeyd edilib.

Həmin şeir İrandan əlavə farsdillilərin yaşadığı digər ölkələrdə də təbliğ olunur. Şeir Əfqanistan ölkəsində yeniyetmə qrupları tərəfindən bir mahnı şəklində ifa edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG