Accessibility links



İran içində meymun olan raketin müvəffəqiyyətlə kosmik fəzaya göndərildiyini bildirib.

Müdafiə naziri Əhməd Vahidin dövlət televiziyasına bildirdiyinə görə, 120 kilometrlik yüksəkliyə qalxan kapsulun içində olan meymun sağ-salamat Yerə dönüb.

Xəbərlərdə raketin nə zaman və haradan fəzaya göndərildiyi haqda məlumat verilməyib. Tehranın 2011-ci ildə kosmosa meymun göndərmək səyləri naməlum səbəblər üzündən baş tutmamışdı.

İranın kosmik proqramı Qərb ölkələrinin dərin narahatlığına səbəb olub. Beynəlxalq ictimaiyyət kosmik proqramlardan nüvə silahları daşıyacaq ballistik raketlərin inkişaf etdirilməsi üçün istifadə edilə biləcəyindən narahatdır.
XS
SM
MD
LG