Accessibility links

İranda spirtli içki içən 2 nəfər edama məhkum edilib


Edam cəzasına məhkum edilənlər üçüncü dəfə içkili halda yaxalanıb

İranın Xorasan Məhkəməsi spirtli içki qəbul edən 2 nəfər barəsində ölüm hökmü çıxarıb. APA Agentliyinin məlumatına görə, bu barədə Xorasan Məhkəməsinin rəisi Seyid Həsən Şəriəti jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, edam cəzasına məhkum edilən 2 şəxs üçüncü dəfə içkili halda yaxalanıb: “İranda spirtli içkilərin qəbulu və satışı qadağandır. Bu iki nəfər təkrarən içkili halda yaxalanıblar. Odur ki, məhkəmə onları edam cəzasına məhkum edib. Xorasan Məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən də təsdiq edilib. Ölüm hökmü qanunlara uyğun şəkildə icra ediləcək”.
XS
SM
MD
LG