Accessibility links

Səkinə Aştiyaninin ölüm hökmü icra edilməyə bilər

  • Amerikanın səsi

Səkinə Məhəmmədi Aştiyani oğlu Səjjadla görüşür, Təbriz 1 yanvar 2011

Səkinə Məhəmmədi Aştiyani oğlu Səjjadla görüşür, Təbriz 1 yanvar 2011

İranın yüksək səviyyəli ədliyyə rəsmisi bildiirb ki, daşqalaq edilməklə ölüm cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyaninin hökmü icra edilməyə bilər. Şərqi Azərbaycan vilayətinin ədliyyə rəsmisi Məlik Əjdər Şərifi İranın Fars xəbər agentliyinin müxbirlərinə deyib ki, rəsmilər Səkinə Məhəmmədi Açtiyaninin işinə baxmağa davam edirlər və onun sözlərilə, “hər şey gözləmək mümkündür.” Aştayaniyə oğlu ilə nahar etmək üçün həbsxanadakı hücrəsindən çıxmaq icazəsi verilib. Onun oğıu Səjjad Qədirzadə dekabrın 12-də iki alman jurnalistlə anasının işi ilə bağlı söhbət etdiyinə görə həbs edildikdən sonra ilk dəfə Təbrizdə müxbirlərlə danışıb. Qədirzadə anasının günahkar olduğunu deyib .

XS
SM
MD
LG