Accessibility links

İran alman jurnalistləri azad edib (YENİLƏNİB)

  • Amerikanın səsi

İran alman jurnalistləri azad edib (YENİLƏNİB)

İran alman jurnalistləri azad edib (YENİLƏNİB)

İran oktyabr ayında Səkinə Aştiyaninin oğlundan müsahibə aldıqlarına görə həbs edilmiş iki alman jurnalisti azad edib. İran və Almaniya rəsmiləri Markus Helviq və Cens Koxun həbsxanadan çıxarılıb Almaniya konuslluğunun rəsmilərinə təhvil verildiyini bildirir. Bundan öncə İranın dövlətə məxsus mətbuatı İranın İnqilabi məhkəməsinin iki alman jurnalistin 20 ay həbs cəzasını hər birinin 50000 dollar cərimə ödəməsi ilə dəyişdirdiyi haqda məlumat vermişdi. Xəbərlərdə deyilir ki, alman jurnalistlər təhlükəsizliyini pozulması ittihamı ilə həbs edilmişdirlə, lakin onların həbs cəzası “islam mərhəməti” göstərilərək azaldılmışdır. İran rəsmiləri jurnalistləri keçən ilin oktyabr ayında ölkəyə vizasız daxil olmaq və müvafiq akkreditisiya almamaq ittihamları ilə həbs etmişdi. Almaniyanın Bild am Sonntag həftəlik qəzeti jurnalistlərin Səkinə Məhəmmədi Aştiyaninin işini araşdırmaq üçün İrana səfər etdiklərini bildirib.

XS
SM
MD
LG