Accessibility links

İran prezidenti universitetlərdə qadın və kişi tələbələrin ayrı təhsil alması planının əleyhinədir


İran prezidenti universitetlərdə qadın və kişi tələbələrin ayrı təhsil alması planının əleyhinədir
İran prezidenti universitetlərdə qadın və kişi tələbələrin ayrı təhsil alması planının əleyhinədir

İran prezidenti Mahmud Əhmədinejad universitetlərdə təhsil alan qadın və kişi tələbələrin ayrı təhsil alması haqda mübahisəli planın saxlandığını elan edib. Öz veb səhifəsində açıqladığı mesajında prezident Əhmədinejad bunun kiçik və düşünlməməmiş siyasi addım olduğunu deyib. O əlavə edib ki, qeyri-təbii və qeyri-elmi təşəbbüslərin qarşısını almaq üçün tədbir görülməlidir. İranın ali təhsil nazirliyi sentyabr ayından başlayaraq qadın və kişi tələbələrin ayrı-ayrı dərs otaqlarında təhsil alacağını elan etmişdi.

XS
SM
MD
LG