Accessibility links

Laxdar Brahimi Irandan yardım istəyir


BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi İrandan müsəlmanların müqəddəs Qurban bayramında atəşkəs əldə edilməsinə yardım göstərməsini istəyib. Laxdar Brahimi deyib ki, Suriya böhranı hər gün dərinləşir və qan tökülməsinin qarşısı təcili şəkildə alınmalıdır.

İraqın baş naziri Nuri Əl-Maliki Brahimi ilə Bağdad görüşündən sonra bu çağırışlara qoşularaq, Suriya böhranın təcili həllinə çağırıb.

Çağırışlar İran prezidenti Mahmud Əhmədinejad, İranın xarici işlər naziri Əli Əkbər Salehi də daxil edilməklə, İranın yüksək səlahiyyətli rəsmiləri ilə görüşlərdən sonra səslənib.

Bu arada, Ermənistandan Suriyanın Hələb şəhərinə istiqamət alan təyyarəsi Türkiyədə endirilib. Türkiyə rəsmiləri bildirib ki, humanitar yardım daşıyan təyyarə yoxlanışdan sonra yoluna davam edib.
XS
SM
MD
LG