Accessibility links

İran Suriyada girov götürülmüş iranlıların "təqaüddə olan" İnqilab keşikçiləri olduğunu deyir


İranın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Suriyada girov götürülmüş 48 iranlı vətəndaş İnqilab Qvardiyasının "sabiq" üzvləridir və Dəməşqdə dini ziyarətlə məşğul olublar. Bu gün xarici işlər naziri Əli Əkbər Salehi oğurlanan şəxslərin hərbçilər olduğunun inkar edib.

Üsyançıları təmsil edən Suriya Azadlıq Ordusu qrupu keçən həftənin şənbə günü oğurlanan iranlıların ölkəyə kəşfiyyat missiyası ilə gəldiklərini bildirib.

Bu arada isə Suriya İnsan Haqları Müşahidəçiləri təşkilatı Hələb şəhərində son dərəcə ağır qarşıdurmaların baş verdiyini və şəhərin yarısının üsyançıların nəzarəti altına keçdiyini bildirir. Artan qaydada tərəflər döyüşdə ağır texnikadan istifadə edirlər.
XS
SM
MD
LG