Accessibility links

İran yeni şiə ordusu yaradır [Təhlil]


Təhlilçilər bildirir ki, İran hökuməti “Birləşmiş Şiə Qurtuluş Ordusu”nu yaratmaqla Tehranın Yaxın Şərqdə münaqişələrdə siyasi və hərbi rolunun məzhəb əsasında genişəndirmək istəyinə dair siqnal göndərir.

"Şiə məzhəbinin adından istifadə edərək yaradılan yeni ordu regionda təriqətlər arasında gərginliyin artmasına gətirib çıxaracaq" deyə Ekseter Universitetinin Strategiya və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Talha Əbdulrazaq Amerikanın Səsinə bildirib. O, İranın özünü regional və ya hətta imperialist bir güc kimi göstərmək istədiyini deyib.

Yeni ordunun yaradıldığı keçən həftə Suriyada İran qüvvələrinə başçılıq edən veteran hərbi komandir tərəfindən elan edilib. Ordunun yaradılmasının əsas məqsədi Ərəb ölkələrində döyüşlərdə iştirak etməkdir. Ordu sıralarına əsasən regionda İrandan olmayan şiə müsəlmanlar götürüləcək.

Məşriq xəbər agentliyinə müsahibəsində İranın elitar İnqilab qvardiyasının lideri Məhəmməd Əli Fələki deyib ki, yeni ordu üç cəbhədə fəaliyyət göstərəcək: Yəmən, Suriya və İraq. O bildirib ki, yeni ordu Suriyada Livan, Suriya, İraq və Pakistandan olan döyüşçülərdən ibarət şiə qüvvələrə rəhbərlik edir.

Yəmənin Amran şəhəri. İyul 27, 2015. Səudiyyənin hava hücumundan sonra Huti militantı dağılmış hökumət binasının önündə gəzərkən.
Yəmənin Amran şəhəri. İyul 27, 2015. Səudiyyənin hava hücumundan sonra Huti militantı dağılmış hökumət binasının önündə gəzərkən.

"Bu ordudakı döyüşçülərin hamısı iranlı deyil. Biz döyüşlərin getdiyi yerlərdə yerli sakinlərin ordu sıralarına qoşulmasını təşkil edirik", deyə Fələki bildirir.

Təhlilçilər: Bununla müharibə elan edilir

Təhlilçilər deyir ki, məzhəb əsasında ordunun yaradılması Tehranın İran rejimi ilə dini və siyasi məsələlərlə əlaqədar münasibətlərdə problemləri olan regional qonşularına müharibə elan etməsi deməkdir. Buraya sünnilərin dominantlıq təşkil etdiyi Səudiyyə Ərəbistanı kimi ölkələr aiddir.

“Bu o deməkdir ki, onlar regionda məzhəblərarası zorakılıq, ekstremizm və terrorizmin yayılması məqsədilə xarici döyüşçülərdən istifadə edəcək,” deyə Əbdulrazaq Amerikanın Səsinə bildirib.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Körfəz Koordinasiya Şurası ölkələri İranı regionda məzhəblərarası zorakılıq və münaqişənin qızışdırılmasında ittiham edir. Bu ittihamlara İranın Yəməndə şiə Huti üsyançıları dəstəkləməsi də daxildir. Səudiyyə Ərəbistanı İranın bu yeni addımına münasibət bildirməyib.

“Tehran və Ər-Riyad arasında gərginlik aylardır davam edir və İranın güc nümayiş etdirməsi səudiyyəlilərə Tehranın bu mübarizədə bütün imkanlardan istifadə edəcəyi haqda siqnal verir, ” deyə Vaşinqtonda qərargahlanan Yaxın Şərq üzrə ekspert Rəsul Nəfisi bildirir.

Münaqişənin alovlandırılması

Huti üsyançıları Sünnilərin dominatlıq təşkil etdiyi Yəmən hökumətilə münaqişə aparır. Hutilər Yəməndə azlıqda olan şiələrin haqlarının qorunmasını tələb edir və İrandan dəstək alır.

“Belə bir ordunun yaradılması Yəməndə münaqişənin daha da qızışdırılmasına gətirib çıxaracaq. Hutilər Yəməndə gedən müharibədə ən mütəşəkkil qruplardan biridir və əlavə dəstək onları daha da gücləndirəcək,” deyə Qahirədə Yəmən üzrə təhlilçi Maysa Şuca Alden bildirir.

Hizbullah döyüşçüsü Livan sərhəddində yerləşən Brital kəndindən Suriyanı seyr edərkən.
Hizbullah döyüşçüsü Livan sərhəddində yerləşən Brital kəndindən Suriyanı seyr edərkən.

İran eyni zamanda Suriya müharibəsində nüfuzunu genişləndirəcək. İran və onun Livanda himayədarlıq etdiyi Hizbullah qrupu illərdir Suriya prezidenti Bəşər Əl-Əsəd rejimini dəstəkləmək məqsədilə döyüşlər aparır. İranın ölkədə yaşayan minlərlə əfqanı Suriyada ön cəbhəyə göndərdiyi və müharibədə iştirak etmək üçün Pakistandan döyüşçüləri cəlb etdiyi haqda məlumat verilir.

“İranlı komandirlər Dəməşq rejimini müdafiə etmək məqsədilə aparılan döyüşlərə başçılıq edib. Suriyalılar və eləcə də Livan və Əfqanıstandan olan digər döyüşçülər onların əmrlərini yerinə yetirir ,” deyə Suriyada döyüşlərdə iştirak etdikdən sonra Birləşmiş Ərəb Əmirliklərində sığınacaq almış əfqan döyüşçü Sərdar Kazemi Amerikanın Səsinə bildirib.

İranın İraqın daxili işlərinə müdaxiləsinə qarşı çıxan İraq hökumətinin sabiq məsləhətçisi Yasir Haydarinin bildirdiyinə görə, "İraq Xalq Səfərbərlik Qüvvələri” qrupuna da İranın elitar İnqilab qvardiyasının komandiri Qasım Süleymani rəhbərlik edir.

Təhlilçilərin fikrincə, İraqda İranın başçılığı ilə qüvvənin yaradılması regionda gərginliyin artmasına gətirib çıxaracaq.

“İranın İnqilab qvardiyasından müstəqil və daha geniş məqsədlərə malik fərqli ad altında yeni ordu regionda səudiyyəlilər və digər sünni ölkələr üçün təkcə təhrikedici bir addım kimi görünməyə və İranın regionda gələcək ambisiyalarına uyğun ola bilər ” deyə Nəfisi bildirib.

Əbdulrazaq deyib ki, Səudiyyə Ərəbistanı və regionun sünni dövlətlər İranın xarici siyasətinin mahiyyətini tam anlayır. O, Körfəz Koordinasiya Şurası ölkələrinin İranın bu addımını gözlədiklərini bildirib. Onun sözlərinə görə, onlar İranın regional ambisiyalarının qarşısını almaq üçün indiyə etdiklərindən daha artıq addım atmaya bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG