Accessibility links

İran Suriya məsələsində niyə fəallıq göstərmir? (Təhlil)


Suriyanın əsas müttəfiqi olan Rusiya prezident Bəşar Əl-Əsədin kimyəvi silahları təhvil verməsi səylərində mərkəzi rol oynayır. Lakin Suriyanın regionda müttəfiqi olan İran Suriya diplomatiyasında fəal iştirak etmir. Ekspertlərin fikrincə, Suriya münaqişəsi İran üçün bir sınaqdır və İran münaqişənin diplomatik yolla həllindən faydalanmaq istəyir.

Suriyanın başlıca iki müttəfiqi olan Rusiya və İran prezidentlərinin görüşündə Həsən Ruhani Vladimir Putinin Suriya məsələsinin həllində roluna yüksək qiymət verib. İran prezidenti ABŞ-ın mümkün hərbi hücumunu nəzərdə tutaraq, Rusiyanın diplomatik səylərinin yeni müharibə təhlükəsini aradan qaldıracağı ilə bağlı ümidini ifadə edib.

Londonda Beynəlxalq Strateji Araşdırmalar institutunda ekspert Mark Fitzpatrik İranın Suriya ilə gərginliyin aradan qaldırılmasına müsbət reaksiyasının səbəbi olduğunu bildirir. “Suriya Qərb ölkələri üçün mürəkkəb problem olduğu qədər İran üçün də çox mürəkkəb problemdir. Suriya İran üçün müəyyən mənada Vyetnam deməkdir, orada ilişib qalıb, çıxa bilmir.”

Sürgündə yaşayan iranlı jurnalist Əmir Tahiri bunun şişirtmə olduğunu deyərək, İranın Suriyaya ideoloji məqsədlə dəstək verdiyini bildirir. “Problem ondadır ki, İranın inqilab baxımından Suriyada maraqları var, bir ölkə kimi isə İranın Suriyada maraqları yoxdur. Ruhani İranı yenidən ölkə etmək istəyir.”

Qərb liderləri İran prezidenti Həsən Ruhaninin nüvə proqramı ətrafında danışıqlarda daha konsktuktiv yanaşma nümayiş etdirəcəyinə ümid edir. İranın Atom Enerjisi agentliyinin rəhbəri Əli Əkbər Salehi də bunu deyib.” Biz buraya yeni seçilmiş prezidentin agentliklə əməkdaşlığın genişləndirilməsi haqda mesajını gətirmişik və İranın nüvə problemi məsələsinə son qoymaq məqsədilə gəlmişik.”

Londonda Beynəlxalq Strateji Araşdırmalar institutunda ekspert Mark Fitzpatrikin sözlərinə görə, prezident Ruhani ümidlərini Qərblə münasibətləri yaxşılaşdırmaq və xarici siyasətdə rolunu artırmaq üçün Suriyada sülhə dair konfransla bağlaya bilər. “İran üçün ən yaxşı ssenari Cenevrəyə dəvət olunmaqdır. Bu, Ruhaninin mövqelərini gücləndirə bilər, çünki ona Birləşmiş Ştatlarla təkcə Amerikanı maraqlandıran nüvə proqramı deyil, İranla bağlı başqa məsələləri də müzakirə etmək imkanı verə bilər.”

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyinin bu planı dəstəkləməsi lazımdır. Jurnalist Əmir Tahiri bunun baş verəcəyini gözləmir. “Cənab Xameneyi prezident Əsədin süqutuna yol vermək istəmir. Lakin məsələ burasındadır ki, Yaxın Şərqi kim dəyişəcək, ABŞ və müttəfiqləri, yoxsa İran və müttəfiqləri? Hələliksə, İranın dəstəyini alan tərəf udub.”

Əmir Tahiri deyir ki, bu, Ayətullah Xameneyinin Qərblə güzəşt məsələsinə marağının azalması və prezident Ruhaninin Suriyadan istifadə edərək, mötədil siyasət yeritmək səylərinin baş tutmaması ilə nəticələnə bilər.


Suriya problemi və İran
please wait

No media source currently available

0:00 0:03:17 0:00
XS
SM
MD
LG