Accessibility links

Qum Mədəniyyət “Tebyan” qrupu bildirib ki, tanışlıq üçün “Samane hamsan gozini” adlı veb səhifəsi açıb. Vebsaytın “cəmiyyətdə ailə və nigah boşluğu” kimi problemin həlli məqsədilə yaradıldığı bildirilir.

Saytın yaradıcıları əsas məqsədin yüksək etimad, şəxslərin ləyaqət hissinə hörmək kimi prinsiplərin qorunması olduğunu bildiriblər. Vebsayt müştərilərə pulsuz xidmət göstərir.

Saytın istifadəçilərindən ailə vəziyyəti haqda məlumat tələb olunur. Bir-biri ilə tanış olmaq istəyən şəxslər haqda məlumat onların ailə üzvlərinə təqdim ediləcək.

Saytın operatorlarından biri Fransanın xəbər agentliyi AFP-ə bildirib ki, İranda evlilik yaşında olan təxminən 11 milyon subay gənc var və vebsayt vasitəsilə onların nikah qurması üçün şərait yaradılır.

Saytın yaradıcıları bildiriblər ki, səhifə bir il müddətində sınaq məqsədilə pulsuz işə başlayıb. Fəaliyyət döründə 130 nəfərin vasitəçilyi ilə 3000 qadın və kişi bir biri ilə tanış olub. Onlardan 100 nəfər arasında ailə qurulub. Tanışlıq saytının yaradıcıları bu rəqəmin gələn bir ildə 100 minə çata biləcəyinə ümid edirlər.

Fransa xəbər agentliyinin məlumatına görə, Gənclər və İdman nazirinin müavini Mahmud Gulzari bu saytın inaqurasiyası zamanı bildirib:” Biz İranda ailə böhranı yaşamaqdayıq. Bu anlamda kı, çox sayda subay gənclərimiz var, onlar nə ailə qurur, nə də övlad sahibi olurlar.”

Hal-hazırda İranda nikaha daxil olan kişilərin orta yaşı 28,1, qadınların orta yaşı isə 23,4 kimi göstərilir. Bu statistik məlumatlar Tehranda fərqlidir, belə ki, paytaxtda nikaha daxil olan kişilərin orta yaşı 30,6, qadınların isə orta yaşı 26,7-dir.

“Həyat yoldaşı tapmaq” layihəsinin direktoru Zəhra Hüseyni deyib: “Biz etiraf edirik ki gənclər böyük problemlərlə üz-üzədir. Biz onların bütün problemlərini tamamilə həll etmək iddiasında deyilik, ancaq biz çalışırıq ki, onlara uygun həyat yoldaşı tapmaqda kömək edək”.

Fransa xəbər agentliyi tanışlıq vebsaytının açılması ilə bağlı İranda bir sıra gənclərlə müsahibə keçirib. İranlı gənclər bildirib ki, onlar bu saytdan istifadə etməyəcəklər, çünki, onlar şəxsi informasyanın qorunacağına əmin deyillər və bu informasyadan kimlərin istifadə edəcəyini də bilmirlər.

XS
SM
MD
LG