Accessibility links

Son 5 gün ərzində İranın Şərqi Azərbaycan əyalətində 900 zəlzələ qeydə alınıb



İranın Zəlzələ Mərkəzinin bildirdiyinə görə, son 5 gün ərzində İranın Şərqi Azərbaycan əyalətində 900 zəlzələ qeydə alınıb. Qaradağ mahalının Əhər, Vərziqan və Heris şəhərləri, habelə yüzlərlə kənddə yeraltı təkanlar olub.

Şərqi Azərbaycanda hər iki saatda 15 zəlzələ beş verib. Zəlzələlərin təsiri Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində də hiss olunub.

Ən şiddətli zəlzələ iki gün əvvəl Rixter şkalası ilə 5 bal gücündə Vərziqanda qeydə alınıb.

Təbriz şəhərinin sakinləri gecələri küçələrdə keçirir. İranın İRNA xəbər agentliyi Təbrizdə bu gün 13 zəlzələ baş verdiyini bildirir.

Milyonlarla dollar zərərə başa gələn zəlzələlər nəticəsində 306 adam həlak olub, 6000 ev tamamilə dağılıb, 15000 ev və binaya ciddi zərər dəyib.

Təbii fəlakət Əhər, Vərziqan və Heris mahallarında yollar və körpülərə ziyan vurub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG