Accessibility links

İranın ali dini liderinin baş müşaviri bildirib ki, Tehran nüvə fəaliyyətini bir daha dayandırmayacaq, ancaq yüksək tonlu ritorikasını yumşaldacaq.

Ayətullah Əli Xamneyinin nüvə proqramı və digər önəmli məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Associated Press xəbər agentliyinə bildirib ki, Həsən Ruhaninin İranın yeni prezidenti seçilməsi Qərb ilə daha yaxşı əlaqələrin yaranmasına imkan yaradacaq.

Birləşmiş Ştatlar və onun müttəfiqləri Tehranın beynəlxalq nüvə müfəttişlərinə nüvə
obyektlərində yoxlamaya icazə vermədikdən sonra neft və bank sektoru daxil olmaqla iqtisadiya sanksiya tətbiq ediblər. Qərb İranın nüvə silahı proqramı inkişaf etdirdiyinə inanır.

Tehran uranı zənginləşdirmə proqramının dinc mahiyyət daşıdığına iddia edir. Vilayəti deyib ki, İran zənginləşdirmə proqramını 2003-cü ildə olduğu kimi bir daha dayandırmayacaq.

Vilayəti ABŞ və digər Qərb ölkələrinin İranla münasibətlərdə necə yanaşma sərgiləməsi barədə fikir bildirməyib.

Ancaq o bildirib ki, Tehran prezident Mahmud Ahmədinejadın hakimiyyəti dövründən fərqli olaraq yeni seçilmiş prezident dönəmində məsələlərə daha diplomatik tərzdə yanaşacaq.
XS
SM
MD
LG