Accessibility links

Ruhani: Heç vaxt nüvə silahı əldə etməyə çalışmamışıq


Iranian President Hassan Rouhani's new government is hinting at room for negotiations on Syria.

Iranian President Hassan Rouhani's new government is hinting at room for negotiations on Syria.

İran prezidenti Həsən Ruhani ölkənin nüvə silahından heç vaxt istifadə etməyəcəyinə söz verərək Birləşmiş Ştatlar ilə əlaqələrin yaxşılaşdırılmasına ümid edir.

NBC xəbər agentliyi Tehranda prezident Ruhani ilə müsahibə edib. Cənab Ruhani bildirib ki, İran heç vaxt nüvə silahı əldə etməyə cəhd göstərməyib.

İran illər boyu nüvə proqramının sülh məramlı olduğunu iddia edib. ABŞ və onun müttəfiqləri bununla razılaşmayıb və dəfələrlə İranın iqtisadiyyatına təsir göstərəcək sanksiyalar tətbiq edib.

Yeni seçilmiş prezident Ruhaninin əvvəlki prezidentlərə görə daha mötədil olduğu düşünülür. O, İranın Qərb ilə əlaqələrinin yaxşılaşdırmasının vacib olduğunu bildirir.

Vaşinqtonun bəzi təhlilçiləri onun sözlərinə şübhə ilə yanaşır. Ancaq Ruhani nüvə proqramı ətrafında yaranan problemi həll etmək üçün hökümətin tam gücə və səlahiyyətə sahib oluduğunu deyib.
XS
SM
MD
LG