Accessibility links

Tehran raket və radar təlimlərinə başlayıb


İranın İnqilab Qvardiyasının komandiri Tehranın raket və radar təlimlərinə başladığını bəyan edib.

Hərbi təlimlər bir həftə davam edəcək. Təlimlər zamanı İran istehsalı olan raket sistemləri, nəzarət mərkəzləri sınaqdan keçiriləcək.

Dövlət televiziyasının məlumatında təlimlərin şimal Semnan vilayətində keçirildiyi və 35 min kvadrat-kilometrlik ərazini əhatə etdiyi bildirilir.

Yaponiyada olan ABŞ-ın müdafiə naziri Cim Mattis İranı terroru dəstəkləyən ölkə olmaqda ittiham edib.

Nazir bildirib ki, ABŞ Yaxın Şərqə əlavə qüvvə yerləşdirmək qabiliyyətinə malik olsa da, yaxın zamanda buna ehtiyac duymur.

Fevralın 3-də ABŞ-ın ballistik raket sınağı ilə bağlı İrana yeni sanksiyalar tətbiq etməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib.

İranın vitse-prezidenti Eşaq Cahangiri sanksiyaları tənqid edərək, İran xalqının onları ciddi qəbul etmədiyni deyib.

XS
SM
MD
LG