Accessibility links

Trampın İranla əldə edilən razılıqla bağlı mövqeyi dəyişəcəkmi? [Video]


Trampın İranla əldə edilən razılıqla bağlı mövqeyi dəyişəcəkmi?
please wait

No media source currently available

0:00 0:02:13 0:00

ABŞ Konresinin respublikaçı üzvləri və İranla əldə edilən 2015-nüvə razılığının uzun zamandır əleyhinə olanlar yeni gələcək administrasiyanı Trampın “ən yararsız” razılıq adlandığı sənədin ləğvi deyil, saxlanmasına çağırır.

Seçkiqabağı kampaniyaları zamanı Donald Tramp Obama administrasiyasının xarici siyasətində əldə edilən nailiyyəti qəbul etməyəcəyinə şübhə qoymamışdı.

“Mən həyatımda heç vaxt İranla razılıq əldə edilməsi üçün aparılan qeyri-kompetent müzakirə görməmişəm."

Bu, Trampın dəfələrlə mövqeyini təkrarlaması idi. Amma indi razılığın opponentlərini onun ləğvinin xeyirdənsə, ziyanının daha çox olacağı düşündürür.

Amerikanın razılıqdan geri şəkilməsinə qanuni hüququ var.

Bunu Dövlət Departamentinin sabiq vəkili Edvard Svayn bildirir.

“Amerikanın mövqeyini dəyişməsinin heç bir beynəlxalq hüquqi nəticəsi olmayacaq.”

Razılıqdan imtina etməyin nəticələri ölçülməz ola bilər. Bu, İranla münasibətlərin yaxşılaşmasını istəyən Avropa müttəfiqlərinin qəzəbinə səbəb olmaqla yanaşı, İranı yendən nüvə proqramının inkişafına təşviq edə bilər.

Demokratiyaların müdafiəsi fondundan Orde Kittri:

“Konqresin hər iki palatası razılıqdan necə bəhrələnmək üçün Amerikanın perspektivini müəyyən etməlidir. İndi ondan imtina etmək yaxı fikir deyil. Onun icrasına sərt riayət daha optimal variantdır.”

Konqresin razılığa mane olmağı bacarmayan respublikaçı üzvləri indi İrana qarşı sərt sanksiyaların tətbiqini irəli sürür. Bunun məqsədi ən azı Trampın razılığın şərtlərini dəyişdirmək üçün əlini daha möhkəmləndirmək ola bilər.

Demokratiyaların müdafiəsi fondundan Orde Kittri:

“Düşünürəm ki, yeni administrasiya razılığı elə bir şəkildə həyata tətbiq edəcək ki, İranı digər sahələrdə təzyiq altına salsın. Lakin razılıqdan imtina edilməyəcək. Çünki bu, Amerikanın milli təhlükəsizlki maraqlarına əks təsir göstərə bilər.”

Kəskin tənqidlərəinə baxmayaraq, Tramp razılığı ləğvindən uzaq görünür. Ekspertlərin fikrincə, onun razılığı qüvvədə saxlaması İrana qarşı daha sərt mövqedən çıxış etmək imkanı yarada bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG