Accessibility links

İran Patriot raketlərinin Türkiyədə yerləşdirilməsinə reaksiya verib. İran silahlı qüvvələrinin komandanı general Həsən Firuzabadi deyib ki, Türkiyə-Suriya sərhəddində Patriot raketlərinin yerləşdirilməsi Avropanı da əhatə edəcək dünya müharibəsinə yol aça bilər. Bu haqda məlumatı Həsən Firuzabadiyə istinadən “İran Tələbələri” xəbər agentliyi verib.

İran silahlı qüvvələrinin komandanı Patriot raketlərinin hər birini dünya xəritəsi üzərində qara ləkə adlandırıb və bunun mənasının dünya müharibəsi demək olduğunu bildirib.

Türkiyə Suriyada vətəndaş müharibəsi nəticəsində Türkiyə ərazisində dəfələrlə baş vermiş atışmalardan sonra sərhəddə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı noyabr ayında danışırlar zamanı NATO-ya Patriot sisteminin yerləşdirilməsi haqda müraciət etmişdi.
XS
SM
MD
LG