Accessibility links

Rəcəb Tayyib Ərdoğan İrandadır


Türkiyənin baş naziri İrana səfər edib. Əlaqələrin yaxşılaşdırılması məqsədi ilə Tehranda olan Rəcəb Tayyib Ərdoğanı İranın birinci vitse-prezidenti İşaq Cahangiri qarşılayıb.

Ərdoğan İran prezidenti Həsən Ruhani və ali ruhani rəhbər Ayətulla Əli Xameneyi ilə görüşüb.

Türkiyənin hökumət başçısı səfərinə böyük ümid bəslədiyini bildirib, qarşılıqlı əlaqələrin normallaşmasının və ticari razılıqların imzalanmasının vacibliyini qeyd edib.

Bu, Ərdoğanın İrana ilk səfəri olmasa da, Suriya müharibəsi ilə bağlı ölkələr arasında fərqli mövqelərin mövcud olduğu bir vaxt edilən səfərdir.

Türkiyə Suriya müxalifəti, İran isə Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləyir.

Türkiyə Suriyanın gələcəyi ilə bağlı danışıqlarda Tehranın da iştirak etməsinə dəstək verib.
XS
SM
MD
LG