Accessibility links

Hüseyn Paşayi: İranda sadəcə türklər deyil, farslar da Türkiyədən təsir alır [Audio-Müsahibə]


Hüseyn Paşayi
Hüseyn Paşayi

“İran toplumu qapalı bir toplumdur. Turist az gəlir, xaricə getmək asan değil. Amma, Türkiyə yaxındır, Tehrandan bir avtobusla gedə bilirsən. Buna görə də Türkiyənin modu, sənəti, mahnısı sadəcə türklər deyil farslar içində də çox yayılır,” deyə Hüseyn Paşayi Amerikanın Səsi ilə söhbətdə Türkiyənin İran toplumu üzərindəki təsirini təsvir edir. Ankara Universiteti siyasət elmlər bölümündə doktorluq dərəcəsi üzərində çalışan təbrizli araşdırmaçı İran toplumunun Türkiyə ilə əlaqələrinin tarixini şərh edib. O, bu əlaqələrin hazırkı durumu və İran mediasında Türkiyəyə diqqətin artmasının səbəbləri haqda danışıb.

Hüseyn Paşayi İran-Türkiyə qarşılıqlı təsirləri haqda danışır
please wait

No media source currently available

0:00 0:17:01 0:00

Hüseyn Paşayi son əsrdə “iki ölkənin bir-birinin olaylarının içində” olduğunu deyir:

90-cı illərdə İran toplumunun peyk vasitəsilə kütləvi olaraq Türkiyə mediası ilə tanışmasını görürük.

“Özəlliklə modernizasiya dönəmində, ya İranda Məşrutə olaylarından başlasaq belə, İstanbulda yayımlanan mətbuat İranın Məşrutə İnqilabında çox rolu olmuşdur. Rza şahın ilk və son yəni tək tarixi səfəri Türkiyəyə olur. Atatürklə görüşür və onun tətbiğ etdiyi ölçülər və islahatlardan ilham alır və onları eynən İranda tətbiq etməyə çalışır. İki ölkə arasında gediş-gəlişə viza tələb olunmur və vətəndaşlar rahatlıqla bir-birlərinin ölkələrinə səyahət edirlər... 1979 İnqilabından sonra, İrana qarşı zaman zaman tətbiq edilən sanksiyalar üzündən, özəlliklə savaş dönəmində, Türkiyə İranın dünyaya tək qapısı olur...”

Onun söylədiklərinə görə, 90-cı illərdən etibarən Türkiyənin media vasitəsilə İran toplumu üzərindəki təsiri tədricən artmağa başlayır:

İran mediası Türkiyə teleseriallarının "İranlı həyat tərzinə" təhlükə təşkil etdiyini yazır
İran mediası Türkiyə teleseriallarının "İranlı həyat tərzinə" təhlükə təşkil etdiyini yazır

“90-cı illərdə İran toplumunun peyk vasitəsilə kütləvi olaraq Türkiyə mediası ilə tanışmasını görürük. Getdikcə, İran toplumu, özəlliklə İrandakı türklər ki vasitəsiz Türkiyə mediası ilə irtibatda olar Türkiyə olaylarını öyrənməyə başlayır. Bu səbəblə Türkiyənin İran toplumunda etkisi çox olur. İran əhalisinin tətil üçün rahat gedə biləcəyi hardasa tək xarici ölkə olur Türkiyə.

Təbrizli siyasi ekspertin fikrincə, bütün bu əlaqələr və təsirlənməyə baxmayaraq İranda Türkiyə ilə bağlı mövcud olan təhlükəsizlik baxış münasibətlərin paradoksal hala gəlməsinə yol açır.

Atatürkdən nümunə götürən Rza Şah çadra geyməyi qadağan etdi və ərəb sözlərini fars dilindən yığışdırmaqla ölkədə millətçiliyi gücləndirməyə çalışdı.
Atatürkdən nümunə götürən Rza Şah çadra geyməyi qadağan etdi və ərəb sözlərini fars dilindən yığışdırmaqla ölkədə millətçiliyi gücləndirməyə çalışdı.

“Bəzi qurumlar Türkiyəyə bu qədər diqqət və səfərlərin olmasından narahatdırlar. Deyirlər ki, bu pullar İranda xərclənsin. Bir də İran milliyətçiləri var. Onlar Türkiyəyə tarixi nəzərə alaraq baxırlar. İranlı gənclər, özəlliklə İrandakı türklərin Türkiyəyə marağı onları rahatsız edir,” deyə Hüseyn Paşayi qeyd edir.

İran mediasında Türkiyə əleyhinə yayılan yazılara diqqət çəkən Paşayi Türkiyə toplumunun isə İranla bağlı çox az məlumat sahibi olduğunu önə çəkir.

XS
SM
MD
LG