Accessibility links

Iran Türkiyədə keçiriləcək nüvə müzakirələrinə yeni təkliflərlə gedəcək

  • Amerikanın səsi

Iran Türkiyədə keçiriləcək nüvə müzakirələrinə yeni təkliflərlə gedəcəyini bildirib. Baş nüvə müzakirəçisi Səid Cəlili təkliflər barədə bu gün məlumat verib, lakin onların nədən ibarət olduğunu açıqlmayıb. Cəlili həm də İrana qarşı gücdən istifadə edilməsinin mənasız olacağı barədə xəbərdarlıq verib. O deyib ki, ölkəsi danışıqların ortaq əməkdaşlıq zəminində keçiriləcəyinə ümid bəsləyir.

BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya nümayəndələri İran rəsmiləri ilə şənbə günü görüşməlidir. Bu, 2011-ci ilin yanvar ayından bəri ilk görüş olacaq. İran danışıqlara bazar ertəsi günü razılıq verib.

XS
SM
MD
LG