Accessibility links

Türkiyə və İran mediası Türkiyə torpaqlarında cərəyan edən terror fəaliyyətlərinin davamında daha bir neçə İran nömrəli yük maşınının hücuma məruz qalaraq yandırıldığını bildirir.

Fars xəbər agentliyi son bir neçə gün ərzində 3 İran nömrəli yük maşının yandırıldığına dair xəbər yayıb.

Türkiyənin Hürriyet və Star qəzetlərinin avqustun 16-da yaydığı məlumata görə, “PKK qüvvələri Ağrı elində molotov kokteyli ataraq yol kənarında saxlanılan bir İran yük maşınına od vurublar.”

Türkiyə torpaqlarında terror hücumlarını genişləndirən qruplar İran nömrəli avtobus və yük maşınlarını da istisna etmirlər.

İran rəsmilərinə istinadən, son bir ay ərzində Türkiyəyə səfər edən iranlılar təqribən 9 hücuma məruz qalıb. Bu hücumlar nəticəsində azı bir İran vətəndaşının həlak olduğu bildirilir.

Türkiyə torpaqlarında səyahət edən İran avtomobillərin əksəriyyəti Azərbaycan vilayətlərinə məxsusdur.

XS
SM
MD
LG