Accessibility links

İranda adətən qeyri-fars etnik qrupların sayı ilə bağlı rəsmi statistika yayılmır

Urmiyə şəhərində İran polisinin Qərbi Azərbaycan komandanlığına məxsus tətbiqi araşdırmalar mərkəzinin elmi işçiləri qeyri-fars etnik qrupların təhlükəsizlik davranışları, habelə gənclərin etnik və milli kimliyinə dair sosioloji araşdırma aparır.

Yarı-rəsmi Fars xəbər agentliyinin bildirdiyinə görə, ötən 6 ay ərzində vilayətin polis komandanlığında çalışan 68 araşdırmaçı və elmi işçi həmin sahələrdə fəaliyyət göstərib.

Qərbi Azərbaycan polisinin tətbiqi araşdırmalar mərkəzinin başqanı Qəhrəman Həqiqinin sözlərinə görə, qeyri-fars etnik qrupları idarə etmək, qloballaşma və qeyri-fars qruplar, habelə bu cəmiyyətlərin davamlı təhlükəsizlik üzərində təsiri ilə bağlı tədqiqatla yanaşı İran və qərb ölkələrində etnik azlıqların hüquqlarına dair müqayisəli araşdırmalar aparılır.

“Mərkəzin prioritetlərindən biri qeyri-fars etnik qrupların təhlükəsizlik davranışları üzərində futuristik araşdırmaların həyata keçirilməsidir.

İranda adətən qeyri-fars etnik qrupların sayı ilə bağlı rəsmi statistika yayılmır. LookLex ensiklopediyasına istinadən, Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhər əhalisinin 90 faizindən çoxu etnik türk, qalanı isə kürd, aysor (Assyrian) və erməni icmalarından ibarətdir.
XS
SM
MD
LG