Accessibility links

ABŞ və Avropa Birliyi İran problemini necə həll etməlidir


ABŞ və Avropa Birliyi İran problemini necə həll etməlidir
ABŞ və Avropa Birliyi İran problemini necə həll etməlidir

Artıq illərdir ABŞ vəAvropa İttifaqı İranın uran zənginləşdirilməsi proqramının nüvə silahı istehsal etmək məqsədi daşıdığını bildirir. Lakin İran proqramın dinc məqsədlərə xidmət etdiyini deyərək bununla razılaşmır.

İsrailin kəşfiyyat idarəsinin başçısının bu yaxınlarda verdiyi qiymətləndirməyə əsasən, İran 2015-ci ilə qədər nüvə silahı istehsal edə bilmək qabiliyyətinə malik olmayacaq.

Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, Hərbi Hava qüvvələrinin generalı Brent Skoukroft İranın hələ təhlükə yaratmadığı fikri ilə razılaşır.“Mənim İran və nüvə silahları ilə bağlı problemim ondan ibarətdir ki, əgər İran nüvə silahı istehsalına başlasa, bu, silah yarışına gətirib çıxaracaq, çünki onun qonşuları-Misir, Səudiyyə Ərəbistanı və Türkiyə eyni işi görməyə çalışacaq. Bu, bizim təşviq etmək istədiyimiz inkişaf deyil.”

İranı nüvə proqrmından əl çəkməyə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurası dörd dəfə İrana qarşı sanksiyalar paketi tətbiq edib. Bununla yanaşı, Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra ölkələr öz tərəfindən ölçülər götürüb.

Bu yaxınlarda Əbu Dabidə səfərdə olan ABŞ Dövlət katibi Hillari Klinton sansksiyaların effektiv olduğunu deyib. “Sanksiyalar İranın nüvə ambisiyalarını davam etdirməsini xeyli çətinləşdirib. İran texnoloji problemlərə görə özü üçün qoyduğu möhlətə əməl edə bilməyib. Biz İranın özündə problemlərin olduğunu görürük. Lakin əsas sual budur. Biz İranı necə əmin edə bilərik ki, nüvə silahı istehsalına çalışmaqla o daha da güclüolmur, əksinə.”

General Skoukroft deyir ki, beynəlxalq ictimaiyyət İrana daha çox təzyiq göstərməlidir.

“Hələ tam nəticəyə yetişməsək də, bizim götürdüyümüz istiqamət bundan ibarətdir ki, beynəlxalq ictimaiyyət bütünlüklə İranla üz-üzə durub “Xeyr, bu yolu getmə” desin. Ruslar İrana zenit raketləri satmamaq qərarına gəldi. Onlar daha ciddi sanksiyalara razı oldu. Çinlilər buna razı oldu. Biz onların hamısının dəstəyini alsaq, beynəlxalq ictimaiyyət İrana deyəcək:“Bu yolu getməyin, biz təhlükəsizlik problemlərinin olduğunu başa düşürük, bu problemlərin həllində sizə kömək edəcəyik, lakin nüvə silahları düzgün yol deyil.” Mənə elə gəlir ki, inkişafa nail ola bilərik.”

Təqaüddə olan dəniz donanması generalı Antoni Zinni Yaxın Şərq üzrə ekspertdir. O deyir ki, İran beynəlxalq ictimaiyyət tərəfindən daha artıq təzyiqlə qarşılaşmalıdır. O həm də inanır ki, qərb ölkənin daxilində dissidentlərə kömək etməlidir. “Fikrimcə, Yaşıl hərəkata biz və başqaları daha çox dəstək verməli idi. İran rəhbərliyi və rejimi daxili təzyiqdən daha çox qorxur. Əgər onlar sanksiyalara və təzyiqlərə beynəlxalq və regional dəstəyin və eyni zamanda daxildə müxtəlif hərəkatların vəhdətindən yaranmış Yaşıl hərəkata dəstəyin daha çox olduğunu görsə idilər, bu, onlara qılınc oynatmaqdan daha çox təsir göstərərdi.”

General Zini İrana hücum etməyə çağıran bəzi ekspertlərə işarə edir. O belə bir addımın əleyhinədir, Brent Skoukroft da. “Mən bunun həll yolu olduğuna inanmıram. İranın təzyiqi hiss etməsi daha mühümdür, İrana hücum etməklə onun nüvə qüdrəti olmasının qarşısı alınmayacaq. Bu, Birləşmiş Ştatlar və qərbin müsəlman dünyasından daha da uzaqlaşması ilə nəticələnəcək. Bu, bizim regionda on illərlə hərbi mövcudluğumuz demək olacaq. Bu, bizim prioritetlər siyahısında ən aşağı yeri tutmalıdır.”

Obama administrasiyası İran probleminin diplomatik yolla həllinə üstünlük verir. Eyni zamanda, ABŞ rəsmiləri bütün variantların masa üzərində olduğunu deyirlər. Diplomatik dildə də hərbi gücdən istidafə istisna edilmir.

XS
SM
MD
LG