Accessibility links

ABŞ senatoru İranın pilotsuz təyyarənin kopyasını hazırladığına dair iddialarını rədd edir (YENİLƏNİB)


ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri İranın Amerikanın pilotsuz idarə edilən kəşfiyyat təyyarəsinin kopyası üzərində işlədiyinə dair iddialarını rədd edib.

Fox telekanalına müsahibə verən senator Co Liberman bu iddiaları lovğalıq kimi qiymətləndirdiyini deyib.

Bundan öncə İranın yüksək səviyyəli hərbi rəsmisi keçən il silahlı qüvvələr tərəfindən ələ keçirilmiş pilotsuz idarə edilən kəşfiyyat təyyarəsinin kopyasının hazırlandığını bildirmişdi.

İranın İnqilab Keşikçiləri qüvvələrinin hərbi hava diviziyasının komandiri general Əmir Əli Hacızadə deyib ki, ekspertlər Amerikanın pilotsuz idarə edilən təyyarəsinin məlumat bazasını bərpa etməyə çalışır.

General Hacızadə təyyarədə çox sayda gizli kodların olduğunu bildirmiş, lakin əlavə etmişdi ki, bu kodlar açılıb və kəşfiyyat təyyarəsndə indi gizli heç bir məlumat yoxdur.

ABŞ rəsmiləri pilotsuz idarə edilən təyyarənin itirildiyini etiraf edib. Rəsmilərin sözlərinə görə, İranın təyyarənin məlumat bazası və texnologiyasını öyrənməsi çətin olacaq, çünki düşmən ərazi üzərində əməliyyat aparan təyyarələrin kəşfiyyat baxımından dəyərinin məhdudlaşdırılması üçün tədbirlər görülmüşdür.

XS
SM
MD
LG