Accessibility links

İranda həbs edilmiş amerikalı turistlərin məhkəməsi keçirilib

  • Amerikanın səsi

İranda həbs edilmiş amerikalı turistlərin məhkəməsi keçirilib

İranda həbs edilmiş amerikalı turistlərin məhkəməsi keçirilib

İranda həbs edilmiş amerikalı turistlərin qaparlı məhkəməsi keçirilib. Casusluq və 2009-cu ildə qeyri-qanuni olaraq İrana keçməkdə ittiham olunan üç amerikalı turist İran məhkəməsinə özlərini müqəssir hesab etmədiklərini bildiriblər. İran televiziyasının verdiyi məlumata görə, amerikalı turistlərin vəkili onların özlərini müqəssir tanımadığına dair məktubunu məhkəməyə təqdim edib. Şeyn Bauer, Coş Fattal və Sara Şörd İran və İraqın kürdlərin yaşadığı bölgəsində sərhəddə dağlara çıxan zaman həbs edilmişdilər. Bauer və Fattal İranda həbsxanada saxlanırlar. Şörd keçən ilin sentyabrında 500 000 dollar ödənməklə zaminə buraxılmış və Birləşmiş Ştatlara qayıtmışdır. Bağlı qapılar arxaasında keçən məhkəməyə ABŞ-ın İranda maraqlarını təmsil edən İsçverənin səfiri Liviya Leu Agosti də daxil olmaqla, müşahidəçi qismində heç kim buraxılmayıb.

XS
SM
MD
LG