Accessibility links

İran həbs edilmiş üç amerikalıdan birinin azad ediləcəyini bildirir

  • Amerikanın səsi

İranın Mədəniyyət nazirliyindən göndərilən text mesajda bildirilir ki, amerikalılardan biri şənbə günü səhər Esteqlal mehmanxanasına gətiriləcək.

İran bir il bundan əvvəl həbs edilib həbsxanada saxlanan üç Amerika səyahətçisindən birini azad edəcəyini bildirir. İranın Mədəniyyət nazirliyindən göndərilən text mesajda bildirilir ki, amerikalılardan biri şənbə günü səhər Esteqlal mehmanxanasına gətiriləcək. İran rəsmiləri təfərrüatlara varmayıb, yalnız bir nəfərin azad ediləcəyini deyiblər. Bir amerikalı qadın və iki kişi Tehranın Evin həbsxanasında saxlanılırlar. Şeyn Bauer, Sara Şörd və Coş Fattal 2009-cu ilin iyul ayının 31-də İran-İraq sərhəddində həbs ediliblər.

XS
SM
MD
LG