Accessibility links

Amerikalı səyyahlar:"İran hökuməti bizi amerikalı olduğumuza görə girov saxlayırdı"

  • Amerikanın səsi

Amerikalı səyyahlar:"İran hökuməti bizi amerikalı olduğumuza görə girov saxlayırdı"

Amerikalı səyyahlar:"İran hökuməti bizi amerikalı olduğumuza görə girov saxlayırdı"

781 gün İranda həbsdə olduqdan sonra azad edilmiş amerikalı səyyahlar Nyu-Yorkda mətbuat konfransında Evin həbsxanasında saxlanmaı şəraitindən danışıblar

781 gün İranda həbsxanada qaldıqdan sonra azad edilmiş iki amerikalı səyyah Birləşmiş Ştatlara qayıdıb. Nyu-Yorkda keçirilən mətbuat konfrasında danışan amerikalılar İranı siyasi məhbusları saxladığına görə, Birləşmiş Ştatları isə Kubadakı Quantanamo həbsxanasına görə tənqid ediblər. İran həbsxanasının müdiriyyəti Coş Fattal və Şeyn Bauerin saxlanma şəraitini Quantanamo məhbəsini dəlil gətirərək, yaxşılaşdırmaqdan imtina ediblər.

Evin həbsxanasında saxlanılan Coş Fattal Nyu-Yorkda mətbuat konfrasında məhbəsdə dünyadan tamamilə təcrid olunmuş vəziyyətdə yaşadıqlarını bildirdi. “Biz bir neçə dəfə yaxınlarımızdan məktub almaq üçün aclıq elan etmişik. Biz dəfələrlə, dəfələrlə başqa məhbusların döyülərkən çığırtılarını eşitmişik, amma onlara heç cür kömək edə bilmirdik”-deyə o bildirib.

Şeyn Bauer mətbuat konfransında dedi ki, onun sözlərilə, hökumətin qəddarlığı və insan hüquqlarının pozulmasından əziyyət çəkən İran xalqıdır. O, İranda bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırdı. Amerika diplomatlarına azad edildiklərinə görə təşəkkürünü bildirən Şeyn Buer, eyni zamanda Birləşmiş Ştatları tənqid etdi. “Həbsxanada daim saxlanma şəraitindən şikayət edəndə, mühafizəçilər Quantanamodakı şəraitin eyni olduğunu bizə xatırladırdı. Onlar bizə dünyanın müxtəlif yerlərində Mərkəzi Kəşfiyyat agentiyinin həbsxanalarını və ABŞ-dakı həbsxanalarda iranlılar və başqalarının saxlandığı şəraiti xatırladırdılar” -deyə o bildirib.

Fattal, Bauer və üçüncü amerikalı Sara Şörd 2009-cu ildə İraqda dağlarda gəzərkən işarə qoyulmamış sərhəddi bilmədən keçə bildiklərini deyirlər. Amerikalılar casusluq ittihamları ilə həbs edilmişdi. Onlar amerikalı olduqları üçün girov saxlandıqlarını deyirlər. Sara Şörd 2010-cu ildə sentyabrda azad edilmişdi. O, Nyu-Yorkda mətbuat konfransında Coş Fattal və Şon Bauerlə birlikdə iştirak edirdi.

Coş Fattalın anası Lora Fattla deyir ki, həbsxanada olduqları müddətdə onlar kitab oxuyub, idmanla məşğul olduqları üçün psixoloji cəhətdən fəal qala biliblər. “Coş mənə bir şeyi demişdi ki, onlar idmanla məşğul olmaq məsələsinə çox ciddi yanaşırdılar. Onlar butulkalardan ağırlıq qaldırmaq üçün istifadə edirdilər. Görürsünüz ki, onların yaxşı formadadır” -deyə o bildirib.

Amerikalı səyyahlar onların azad edilməsi üçün beynəlxalq kampaniyada iştirak edən on minlərlə insana təşəkkürlərini bildirdirlər. Buraya dünya liderləri, Nobel mükafatı laureatları, diplomatlar, BMT-nin baş katibi, İran hökumətinin rəsmiləri və boks üzrə keçmiş dünya çempionu Məhəmməd Əli daxildir.

Sara Şörd həbsxanada olduğu zaman Şeyn Bauer ona evlənmək təklif etmişdi. İndi nişanlısına qovuşan Sara Şörd yaxın zamanlarda toya hazırlaşdığını deyir. Coş Fattal toyda bəyin sağdışı olacaq.

XS
SM
MD
LG