Accessibility links

ABŞ prezidenti Novruz bayramı münasibətilə iranlılara müraciət ünvanlayıb


Birləşmiş Ştatlar prezidenti Barak Obama iranlılara yeni il müraciətində illərdən sonra bu il iki ölkə arasında münasibətlərin yaxşılaşmasına fürsət ola biləcəyini deyib.

Cənab Obamanın Novruz bayramı münasibətilə etdiyi müraciəti martın 31-i, İranın nüvə proqramını dayandırması qarşılığında Tehrana qarşı beynəlxalq sanksiyalara son qoyulacağına dair razılığa qoyulan möhlətin başa çatması ərəfəsinə təsadüf edir.

ABŞ Dövlət Katibi Con Kerri iranlı həmkarı Cava Zəriflə görüşür. Lozanna, 17 mart, 2015.

ABŞ Dövlət Katibi Con Kerri iranlı həmkarı Cava Zəriflə görüşür. Lozanna, 17 mart, 2015.

"Belə bir fürsət yaxın zamanda olmaya bilər. Mən inanıram ki, bizim ölkələrin məsələni sülh yolu ilə həllinə tarixi imkanları var və biz bu imkanlardan yararlanmalıyıq," deyə prezident Obama bildirib.

ABŞ Dövlət katibi Con Kerri cümə günü İran xarici işlər naziri Cavad Zəriflə görüşəcək. Bu İsveçrənin Lozanna şəhərində keçirilən nüvə danışıqlarının hazırkı raundunun yekun görüşü olacaq. ABŞ və Avropa rəsmiləri razılığın tezliklə əldə olunacağını güman etmirlər.

İranla altı dünya qüdrətləri arasındakı danışqılarda proqres əldə olunub, deyə Prezident Obama bildirib. "Amma fərqlər qalır. Hər iki ölkədə adamlar var ki, onlar diplomatik razılığa qarşı çıxırlar. "

XS
SM
MD
LG