Accessibility links

İranda on minlərlə insan "Amerikaya ölüm" şüarları ilə küçələrə çıxıb


1979-cu il İslam İnqilabından sonra ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünü qeyd etmək üçün on minlərlə insan Tehran küçələrinə çıxaraq, "Amerikaya ölüm" şüarları səsləndirib.

1979-cu ildə ABŞ səfirliyindən girov götürülən amerikalı
1979-cu ildə ABŞ səfirliyindən girov götürülən amerikalı
​Müşahidəçilərin fikrincə, bugünkü nümayiş hər il keçmiş Amerika səfirliyinin qarşısında keçirilən ən böyük nümayiş olub. Sərt-xətt tərəfdarı mühafizəkarlar prezident Həsən Ruhaninin Vaşinqtonla tarixi əlaqələrin bərpa edilməsi fikirlərinə də etirazlarını bildirib.





BMT-nin Baş Assambleyasında illik sessiyasında iştirak etdikdən sonra cənab Ruhani ilə ABŞ prezidenti Barak Obama arasında baş tutmuş 15 dəqiqəlik telefon söhbəti son 30 il ərzində iki ölkə lideri arasında ilk birbaşa əlaqə idi.

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi prezident Ruhaninin Qərblə yaxınlaşma təşəbbüslərini dəstəkləsə də, prezidentin bəzi addımlarının qəbuledilməz olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG