Accessibility links

İtkin düşmüş iranlı alimin daha bir video görüntüsü nümayiş etdirilib


İtkin düşmüş iranlı alimin daha bir video görüntüsü nümayiş etdirilib

İtkin düşmüş iranlı alimin daha bir video görüntüsü nümayiş etdirilib

Özünü iranlı nüvə fiziki kimi təqdim edən şəxs Birləşmiş Ştatlarda sağ və təhlükəsiz şəraitdə olduğunu deyir

“You Tube” veb səhifəsində yerlədirilmiş videoda özünü iranlı nüvə fiziki kimi təqdim edən şəxs Birləşmiş Ştatlarda sağ və təhlükəsiz şəraitdə olduğunu deyir.

Bu gün yerləşdirilmiş videoda özünü Şəhram Əmiri kimi təqdim edən şəxs iş otağında göstərilir. O, Birləşmiş Ştlatara elmi fəaliyyətini davam etdirmək üçün gəldiyini bildirib. Alim deyib ki, o, silah sahəsində fəaliyyətlə maraqlanmır və video vasitəsilə İrana qarşı heç bir pis iş görmədiyini demək istəyir.

İranın dövlət televiziyası da özünü Əmiri kimi təqdim edən şəxsin video görüntüsünü nümayiş etdirib. Həmin şəxs Mədinə şəhərində Səudiyyə Ərəbistanı və ABŞ kəşfiyyat xidmətlərinin birgə əməliyyatı zamanı oğurlandığını deyir. O, Birləşmiş Ştatlarda olduğu vaxt ona işgəncə verildiyini bildirib.

Nüvə fiziki olan Əmiri 2009-cu ilin iyun ayında itkin düşmüşdü.

XS
SM
MD
LG