Accessibility links

İran Qərblə razılıq əldə etmək istəyir


İran prezidenti Həsən Ruhani bildirib ki, o, ölkəsinin nüvə proqramı barədə Qərb ilə sövdələşmək istəyir.

Prezident Ruhani Vaşinqton Post qəzetinə müsahibəsində İranın şəffaflıq nümayiş etdirməklə nüvə proqramının dinc mahiyyət daşıdığını göstərmək istədiyini deyib.

ABŞ xəbər kanalı PBS-yə danışan cənab Ruhani bildirib ki, o, Birləşmiş Ştatlarla birbaşa danışıqlar aparmağa hazırdır.

İranın dövlət başçısının müsahibəsi İranın uranın zənginləşdirmə proqramı barədə beynəlxalq danışıqların bərpasından bir gün əvvələtəsadüf edib.

ABŞ dövlət katibi Con Kerri və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifinin P5+1 adlanan müzakirəyə qatılacağı gözlənir. Bu, Vaşinqton və İran arasında son altı ildə ən yüksək görüşdür.
XS
SM
MD
LG