Accessibility links

İranın nüvə proqramına dair uzun müddətdir davam edən danışıqları davam etdirmək üçün bu gün ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrədə görüşüb.

Kerri və Zərif hər iki tərəfin diplomat və mütəxəssislərinin iştirakı ilə dəyirmi masa danışıqlarına başlayıb.

İqtisadi sanksiyaların aradan qaldırılması qarşılığında İranın nüvə proqramının dinc məqsədlər üçün olduğunu təminat altına alan razılıq əldə edilməsi üçün müəyyən edilən son müddətə iki həftə qalıb.

Kerri deyib ki, həll olunmayan məsələlərin əksəriyyəti texniki deyil, siyasidir.

XS
SM
MD
LG