Accessibility links

İranın nüvə proqramına dair Qərb diplomatları ilə danışıqlar İsveçrədə davam edir. Qərb diplomatları tərəflərin təyin etdikləri son möhlətə qədər üç mühüm məsələni həll etməyi nəzərdə tutub.

Diplomatlardan biri Lausanni şəhərində müxbirlərə deyib ki, İran və dünyanın altı qüdrətindən ibarət qrup razılığın nə qədər müddət qüvvədə qalacağı, iqtisadi sanksiyaların nə qədər az müddətdə aradan qaldırılacağı və İran razılığın şərtlərini pozarsa, məsələni necə həll edəcəklərinə dair konsensus hələlik əldə edilməyib.

Diplomat çərşənbə axşamı başa çatacaq danışıqların mühüm mərhələdə olduğunu vurğulayaraq bildirib ki, indi artıq “hə və ya yox” demək zamanıdır.

Bu gün İranın xarici işlər naziri Cavad Zərif ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyadan olan həmkarları ilə birgə görüş keçirib.

Diplomatlar İran iqtisadiyyatına təsir etmiş sanksiyaların aradan qaldırılması qarşılığında İranın nüvə silahı istehsal etməyəcəyini təminat altına alacaq çərçivə razılığı üzərində işləyir.

XS
SM
MD
LG