Accessibility links

İran Azərbaycanının Vərziqan mahalında iki yaşlı uşaq soyuqdan dünyasını dəyişib


İran Azərbaycanının Vərziqan mahalında iki yaşlı uşaq soyuqdan dünyasını dəyişib. Güney Azərbaycan Xəbər Mərkəzi və Güney Azərbaycan Xəbər Agentliyinin bildirdiyinə görə, zəlzələ nəticəsində dağılmış 128 evin sakinləri hələ də düşərgələrdə yaşayır.

İran hökumətinin iki ay ərzində evsizlərin yaşayış yerləri ilə təmin ediilməsi vədlərinə baxmayaraq, indiyədək Zəğənabad kəndində yalnız bircə ev inşa edilib. Digər sakinlər isə Qaradağ mahalında çadırlarda sığınacaq tapıb. Dağlıq ərazidə yerləşən Qaradağ qarlı və soyuq bölgədir. İlin 6 ayı bu əraziyə aparan yollar qar səbəbi ilə bağlı olur.

İran prezidenti Mahmud Əhmədinejad təmir edilmiş 2 min evin təhvili məqsədi ilə Vərziqana səfər edəcəyinə vəd verib. Lakin bu səfər hələ də baş tutmayıb.

Qeyd edək ki, zəlzələ 18 500 evin dağılması və ya zədələnməsinə səbəb olub.
XS
SM
MD
LG