Accessibility links

Tehranda nümayişçilərlə polis arasında toqquşma olub


Şahidlərin dediyinə görə, İranın paytaxtı Tehranda nümayişçilərlə polis arasında toqquşma olub.Tehranın mərkəzinə toplaşan insanlar İran valyutasının kəskin şəkildə dəyər itirməsinə etiraz edib.

Hazırda 1 dolların dəyəri 39 min rialdır. ABŞ və Avropa İttifaqının nüvə proqramına görə İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsini verməkdədir.

Polis valyuta mübadiləsi edənləri həbs edir.

ABŞ dövlət katibi Hillari Klinton İrana qarşı sanksiyaların artıq təsirini göstərdiyini bildirib. O, sanksiyalarla əlaqəsi olmayan problemlərə görə İran liderləri və onların qərarlarını günahlandırıb. Hillari Klinton İranın beynəlxalq ictimaiyyətlə səmimi əməkdaşlığının sanksiyaların ləğvinə yol aça biləcəyini deyib.

İran prezidenti Mahmud Əhmədinejad isə daxili siyastinə görə artmaqda olan tənqdiləri rədd edir. Dünən keçirdiyi mətbuat konfransı zamanı prezident deyib ki, hökumətin siyasətinin valyutanın dəyər itirməsi ilə heç bir əlaqəsi yoxdur. O, bunu İranın düşmənlərinin psixoloji təsiri kimi qiymələndirib.

Əhmədinejadın siyasi opponentləri valyuta böhranına görə prezidentin siyasətini günahlandırır. İranın Fars xəbər agentliyi parlament spikeri Əli Laricaniyə istinadən bildirib ki, ölkənin iqtisadi problemlərinin 80 faizi hökumətin bacarıqsızlığının nəticəsidir.

İranlıların əksəriyyəti pullarını qorumaq üçün xarici valyutalar alır.
XS
SM
MD
LG