Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini Tero Varjoranta İranın mübahisəli nüvə proqramına dair müzakirələrə yeni yanaşma tərzindən məmnunluq hissi keçirdiyini bildirir. O, Vyanada keçirilən görüşdən sonra İranın danışıqlardakı mövqeyini konstruktiv adlandırıb.

Tero Varjoranta İranın təkliflərinin əməkdaşlığın dərinləşdirilməsi və gələcək dialoqlara yol açdığını bildirib.

İranın Beynəlxalq Atom Enejisi Agentliyindəki səfiri Reza Nəcəfi təkliflərin İranla beynəlxalq ictimaiyyət arasındakı əlaqələrin yeni fazasına start verəcəyinə ümid bəslədiyini deyib.

Tərəflər noyabr ayının 11-də Tehranda yenidən görüşməlidir.

İran hazırda həm BMT agentliyi, həm də dünyanın qüdrətli ölkələri ilə nüvə mübahisələrinin həllinə çalışır.

İran müzakirəçiləri bu həftənin sonunda BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə birlikdə danışıqların növbəti raundunu keçirməlidir.
XS
SM
MD
LG