Accessibility links

Nüvə razılığının möhləti bitmək üzrədir-Nəticələr hələ də qeyri-müəyyəndir


Vyana danışıqları son möhlətdən sonra da davam etdirilə bilər

Nüvə razılığının əldə edilməsinə 2 gün qalmış İran müzakirəçilərini gərgin iş gözləyir.

ABŞ-ın yüksək səlahiyyətli rəsmisinin bildirdiyinə görə, Vyana danışıqları son möhlətdən sonra da davam etdirilə bilər.

O, Vaşinqtonun İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin məsləhətləşmək üçün Tehrana qayıtmasından narahat olmadığını deyib.

Bu gün ABŞ dövlət katibi Con Kerrinin rəhbərlik etdiyi nümayəndə heyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi heyətlə görüş keçirib.

Kerri bundan əlavə BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın daxil olduğu P5+1 komandası ilə də müzakirələr keçirib.

Müzakirələrə sərbəstlik verilməlidir

Müzakirəçilərin bəzisi razılığın əldə edilməsi üçün iyunun 30-dan sonra da işin davam etdirilməsini təklif edib.

Avropa İttifaqının Xarici Siyasət Şəbəsinin rəhbəri Federika Moqerini vaxtı çatdıqda müzakirələrə sərbəstlik verilməli olduğunu deyib. O, nailiyyət üçün bir neçə əlavə günə ehtiyac ola biləcəyini vurğulayıb.

Federika Moqerini deyib ki, müzakirələr hər zaman mürəkkəb olub, lakin güclü siyasi iradə ilə razılıq əldə etmək mümkündür.

ABŞ dövlət katibi dünən bildirib ki, danışıqlar zamanı ən müşkül məsələlər həllini tapmalıdır.

Dünən Con Kerri ilə görüşündən sonra Fransanın xarici işlər naziri Loren Fabiye deyib ki, razılığın nailiyyətini 3 əsəs məsələ təmin edir. O, bunlara İranın nüvə obyektlərinin təftişini qəbul etməsi, araşdırmalara və nüvə istehsalına məhdudiyyətlər tətbiq edilməsinin daxil olduğunu deyib.

Məhəmməd Cavad Zərif bildirib ki, əgər tərəflər pozitiv addımlarla imkansız tələblər irəli sürməsə hər kəsin xeyrinə olan razılıq əldə edilə bilər. Lakin o, bəzi mürəkkəb məsələlərlə bağlı fikir ayrılıqlarının mövcud olduğunu da deyib.

Razılıqda beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində İran gələn 10 il müddətində nüvə proqramını məhdudlaşdırmalıdır.

Bəzi diplomatlar nüvə razılığının əldə edilməsinə qoyulan son möhlətin iyunun 30-u deyil, iyulun 9-u olduğunu bildirib.

XS
SM
MD
LG