Accessibility links

Xalidə Xalidlə tutulan fəallar mühakimə edildi


Azərbaycan veb səhifələrinə istinadən, ötən aprel ayının 30-da AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid ilə birlikdə Təbrizdə İranın təhlükəsizlik məmurları tərəfindən tutulan İran azərbaycanlı mədəni fəallar Oxtay Rəşidi, Aşıq İsa Qaraxanlı, Əmir Hadiyan və cənab Fərhadi, habelə həmin həbslərlə bağlı may ayının 8-də nəzarət altına alınan yazar və şair İlqar Müəzzinzadə Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində hakim Bağırpur tərəfindən mühakimə edilib.

Oyan News saytı bu fəalların “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamları ilə günahlandırıldıqlarını bildirib.

Ədəbiyatçı və mədəni fəal İlqar Müəzzinzadə təqribən 50 gün Ettelaat həbsxanasında saxlandıqdan sonra Təbrizin Mərkəzi zindanına köçürülüb. Onun sağlıq durumunun yaxşı olmadığı ilə bağlı xəbələr yayılıb. Digər dörd fəal hazırda müvəqqəti azadlıqdadır.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə İsmayılova (Xalid) və sürücüsü Şamxal Hüseynov isə həbsdən buraxıldıqdan sonra iyunun 6-da Bakıya qayıdıblar.
XS
SM
MD
LG