Accessibility links

İranın Xoy şəhərində 16 azərbaycanlı fəal həbsə məhkum edilib. Şəhərin inqilab məhkəməsində onlara qarşı İranın Cinayət Məcəlləsinin 610-cu maddəsinə əsasən İran İslam Repsublikası əleyhinə olan silahlı qruplaşmalarla əlaqədə olmaq ittihamı irəli sürülüb.

İranin HRANA xəbər agentliyinin bildirdiyinə görə, bu şəxslər 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər mənbələri məhkum olunanların siyahısını açıqlayıb - Şirzad Hacılı, Şəhram Yüzbaşı, Bəhmən Nəsirzadə, İslam Ələkbərli, Həmid Purcəfərəli, Həmid Bəyat, Cavad Sərvinaz, Mehdi Qiyasi, Siyavuş Həbibzadə, Behnam Hacı-Məhəmmədi, Arman Vəlili, Məhəmməd Rəzzaqi, Eyvaz Bəyat, Cəlil Ğənili, Məhərrəm Xoşa, Vəhid Fayizpur.

Onlar 13 ay əvvəl iki siyasi fəalın dəfn mərasimində nəzarət altına alınmışdılar. Bir müddət həbsdə saxlanıqdan sonra məhbuslar zəmanətlə azadlığa buraxılmışdılar.
XS
SM
MD
LG